Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri işdən azad edildi - PREZİDENTDƏN SƏRƏNCAM

 

Rafiq Yasin oğlu Bayramov Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Zakir İmran oğlu Sultanov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytı Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirilməsi haqqında məlumat yayıb.

Müəllif | Apa.Tv
Apa.tv