Media nümayəndələri APA TV-yə danışdılar

 

u gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Səsvermə günü jurnalistlər çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirirlər. APA TV olaraq media qurumlarının istər paytaxtda, istərsə də regionalarda fəaliyyət göstərən əməkdaşlardan, seçkilərin gedişini işıqlandırdıqları zaman hansısa problemlə qarşılaşıb-qarşılaşmadığını öyrəndik. Bildirdilər ki, onların informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. Amma buna baxmayaraq bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır.Elə Medianın İnkişafı Agentliyindən bildirildi ki, bu kimi iddialar əsassızdır.Çünki qurum seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bundan başqa Mətbuat Şurasından da bildirildi ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır. Saat 12.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb.Qeyd edək ki, APA-nın paytaxt Bakıda MSK və digər yerlərdə 30-a yaxın qrupu, bölgələrdə isə 20-yə yaxın qrupu növbədənkənar prezident seçkilərini işıqlandırır. Əməkdaşlarımız iş prosesində heç bir problemlə qarşılaşmayıblar.

AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv