Media nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilir - APA TV
"APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi", "Təmas" Regional İnkişaf İctimai Birliyi qeyri-hökumət təşkilatları arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumunun imzalanma mərasimi keçirilib.
APA TV xəbər verir ki, tədbiri girişi sözü ilə açan "APA" İnformasiya Agentliyinin Baş redaktoru Nurşən Quliyev dünyada insan alveri qurbanlarının sayının artmasına və bununla mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
"APA Media Group"a daxil olan təsisatların insan alverinə qarşı mübarizəyə dəstək verməyi prioritet hesab etdiyini deyən Nurşən Quliyev bu sahə üzrə ixtisaslaşmış QHT və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib:
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, sağlam medianı hər zaman yanlarında görmək, məlumatları onlarla bölüşmək istəyirlər:
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova media nümayəndələrinin insan alveri ilə mübarizədə xidmətlərinin əvəzsiz olduğunu bildirib. Onun sözlərinə görə, mübarizənin ilk qədəmləri hadisələrin düzgün formada işıqlandırılmasından başlayır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında qeyd edib ki, insan alveri dünyada diqqəti cəlb edən ən böyük problemlərdən biridir. Külli miqdarda qara pullar məhz insan alverində olur:
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Araz Babayev bildirib ki, insan alveri müasir köləliyin bir forması olaraq, ən ağır cinayətlərdən sayılır. Araz Babayev deyib ki, insan alverinin qurbanı haqqında konfidensial məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır:
Tədbirdə həmçinin "Təmas" təşkilatının həmsədri Südabə Məmmədova çıxış edib. O, regionlarda baş verən qadın zorakılığı hallarına, insan alverinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib. O, bu sahədə uğurlu nəticələrə nail olmaq üçün mətbuatla daha sıx işləməyin zəruriliyini vurğulayıb.
Sonda "APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi" və "Təmas" Regional İnkişaf İctimai Birliyi arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumu imzalanıb.
Yeri gəlmişkən qeyd edək ki, sentyabrın 2-3-də "APA Media Group"un ofisində media nümayəndələri üçün insan alveri ilə mübarizə mövzusunda təlim keçirilir. Təlimdə ölkənin bir sıra aparıcı media qurumunun əməkdaşı iştirak edir. Təlimin məqsədi bu sahədə xəbər hazırlayan jurnalistlərin bacarıqlarının artırılmasıdır.