Media rəhbərləri Ağdamda Şahbulaq qalasına baş çəkiblər

Ağdamda səfərdə olan media, QHT rəhbərləri və sosial media aktivistləri işğaldan əvvəl Ağdam Dram Teatrının yerləşdiyi əraziyə baş çəkiblər.

 

APA TV-nin məlumatına görə, teatrın binası erməni vandalları tərəfindən darmadağın edilib.

 

Media, QHT rəhbərləri və sosial media aktivistləri daha sonra Ağdamda Cümə məscidini ziyarət edib, Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasında da olublar.

 

Ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar. Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma "Tiqranakert" adlı muzey yaradıblar.

 

Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv