Media rəhbərləri və ictimai fəallar Ağdamda Şəhidlər Xiyabanını ziyarət ediblər
Media orqanları, QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda I Şəhidlər xiyabanını ziyarət ediblər.
APA TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, I Şəhidlər xiyabanında birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.
Səfər iştirakçıları Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.
Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.