Media rəhbərləri və sosial media aktivistləri Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar
Ağdama səfər edən Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndi ərazisindədirlər.
APA TV-nin məlumatına görə, onlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Qeyd edək ki, bir qrup media rəhbərləri və sosial media aktivistləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkiblidir. Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.