Məhəbbət Vəliyeva Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva işindən azad edilib.
APA TV-nin məlumatına görə, M.Vəliyevanın adı Nazirliyin strukturundan da çıxarılıb.
Təhsil Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, 2015-2018-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Məhəbbət Vəliyeva 29 iyun 2018-ci ildən Təhsil nazirinin müavini təyin edilmişdi.