Məhərrəm Bədirzadə vəfat edib

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

 

APA TV-nin məlumatına görə, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib.

 

Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

 

Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

 

M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

 

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv