Məhərrəm Əliyev və Elçin Quliyev Ermənistanla sərhəddəki hərbi hissəyə baş çəkiblər

Azərbaycan Preziden­tinin köməkçisi – Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhər­rəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev cəbhə bölgəsinə səfər ediblər.

 

DSX-dən APA TV-yə bildirilib ki, Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə baş çəkən Məhərrəm Əliyev və Elçin Quliyev sərhədçilərin xidməti və yaşayış şə­raitlərini nəzərdən keçirib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçularla görüşüblər.

 

Həmçinin sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti mü­şavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəm­­ləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv