Məhkəmə Rasim Məmmədov barəsində qərar verdi
Məhkəmə özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov barəsində qərar verib.
APA TV xəbər verir ki, Rasim Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü yəni xuliqanlıq maddəsi ilə ittiham edilib. İstintaq onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimat verib. Məhkəmə istintaqın təqdimatını təmin edərək Rasim Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılıb.