Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım edib.

 

APA TV-nin məlumatına görə, paylaşımda deyilir:

 

"Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!"

 

Müəllif | Apa.Tv
Apa.tv