Mehriban Əliyeva: “Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı “Twitter” hesabında paylaşım edib.
APA TV-nin məlumatına görə, Mehriban Əliyeva paylaşımında yazıb:
“Bu gün - 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.