Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.

 

APA TV-nin məlumatına görə, paylaşımda deyilir:

 

"Hörmətli həmvətənlər!

 

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

 

Müəllif | Apa.Tv
Apa.tv