Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfəri zamanı Füzulidən paylaşım edib
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfəri zamanı yolda çəkdiyi videoları sosial şəbəkələrdə paylaşıb.
APA TV xəbər verir ki, video-görüntüdə Azərbaycan Prezidenti deyir: “Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək, düşməni qova-qova torpaqlarımızdan çıxardı, Füzuli rayonu”.