Azərbaycanın 1-ci vitse-prezidenti Ukraynanın birinci xanımı ilə görüşüb
Azərbaycan 1-ci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
APA TV-nin məlumatına görə, çay süfrəsi arxasında Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirib. Mehriban Əliyeva qeyd edib ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.
Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın 1-ci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.