Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi

Azərbaycan Birinci Vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti və İcra Komitəsinin sədri seçilib. 

 

APA TV xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 

Bildirilib ki, 11-ci Ümumi Yığıncaq və İcra Komitəsinin 37-ci iclası çərçivəsində baş tutan səsvermənin yekununa əsasən Mehriban Əliyeva növbəti 5 ildə federasiyaya rəhbərlik edəcək. 

 

Qeyd edək ki, Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir. 

Müəllif | Apa.Tv
Apa.tv