Məkkəyə o qədər yağış yağdı ki, maşınları sel apardı
Səudiyyə Ərəbistanında xarakterik olmayan hava şəraiti hökm sürür.
Yarımadada yerli iqlimə xas olmayan, möcüzə kimi görünən nadir hava şəraiti qeydə alınıb. Ölkə ərazisinə bu günə qədər misli görünməmiş dərəcədə güclü yağış yağıb.
Yağıntı ən çox Məkkə şəhərinə düşüb. Burada hərəkət iflic olub, avtomobillər sel altında qalıb.