MEKSİKALI MÜŞAHİDƏÇİ: “Səsvermə zamanı bütün qaydalara əməl olunub”
Meksika Parlamentinin deputatı, Meksika-Azərbaycan Dostluq qrupunun rəhbəri Qarsia Rubio Aqustin seçki ilə bağlı apardığı müşahidə barədə fikirlərini bölüşüb.
APA TV-nin məlumatına görə, deputat bildirib ki, Azərbaycanda baş tutan seçki prosesi demokratik keçirilib.
O, seçki günü paytaxtda 10 məntəqədə müşahidə apardığını və müşahidələri zamanı hər hansı bir insidentlə üzləşmədiyini bildirib.
Onun sözlərinə görə, müşahidələri zamanı qaydalara riayət olunub: “Bu seçki Azərbaycanın siyasi həyatında gözəl təcrübə idi və ümumilikdə seçki sülh və təhlükəsiz şəraitində keçib. Legitimlik və demokratik əsasda formalaşan sistemin əsasında səsvermə dayanır və bu prosesdə dini, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs iştirak edir. Seçki həm də demokratiya bayramıdır, ona görə də bu seçkilərə valideynlər öz övladlarını gətirməli, bu prosesin əhəmiyyəti və vətəndaş öhdəliyini indidən onlara aşılamalıdırlar”.
Qarsia Rubio Aqustin ölkəmizdə son illər turizm, sənaye, energetika, iqtisadiyyat sahələrində ciddi irəliləyişlərin olduğunu da vurğulayıb.