Məktəbdə “həyəcan siqnalı” - FHN TƏLİM KEÇİRDİ
Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.
APA TV-nin məlumatına görə, təlimdən əvvəl təhsil müəssisəsinin heyətinə yanğın təhlükəsizliyi, eləcə də yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.
Şərti həyəcan siqnalı verildikdən sonra FHN-nin yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb.
Təlim planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib.
Sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış şagirdlərə ilkin tibbi yardım göstərilib.
FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Məhbubə Mustafayeva şərti təlimin nəticələri barədə məlumat verib: “Nazirliyin təlimi keçirməkdə əsas məqsədi məktəblilərdə təhlükəsizlik mədəniyyətinin formalaşması, özləri ilə yanaşı, başqalarına kömək etmək bacarığının aşılanmasıdır”.
Şərti təlimə 3 yanğınsöndürən və 1 təcilli tibbi yardım maşını cəlb edilib.
Səfər Əlizadə, Vətən Sadatlı APA TV