Məktəbdə şagirdlər bir-birini niyə bıçaqladı?

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

 

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

 

Daxili İşlər nazirliyindən və Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə hazırda faktla bağlı araşdırma aparılır. Məsələ araşdırıldıqdan sonra ictimaiyyətə  ətraflı məlumat veriləcək.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv