Məktəbin və ticarət obyektlərinin damı uçdu, ağaclar aşdı - XAÇMAZDA GÜCLÜ KÜLƏK

Ötən gün axşam saatlarından başlayan güclü külək Xaçmazda bir sıra fəsadlar törədib. 

APA TV-nin şimal bürosunun məlumatına görə, təbii fəlakət zamanı rayonun Əhmədoba kənd məktəbinin damı uçub. 

Həmçinin rayonun Qaradağlı kənd məscidinin yardımçı tikilisinin, habelə Qaracəlli kəndində yaşayış evinin və Xaçmaz-Quba yolunda yerləşən bir neçə ticarət obyektinin damı da uçub.

Bəzi ərazilərdə güclü külək elektrik dirəklərini və ağacları da aşırıb.

Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Müəllif | Apa.Tv
Apa.tv