Məktəblər açılandan Azərbaycanda 225 şagird koronavirusa yoluxub

"Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür". 

 

Bu barədə APA TV-yə Təhsil Nazirliyindən məlumat verilib.

 

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

 

1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi),  virusa yoluxmuş işçi heyətinin sayı isə 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv