Məktəblərdə bufetlərdən istifadəyə icazə verilir

Təhsil müəssisələrində yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.

 

APA TV-nin məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.

 

Qərara əsasən, yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

 

- təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

 

- ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

 

- yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

 

- yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

 

- yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

 

- yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla).

 

Təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir.

 

Müəllif | Apa.Tv
Apa.tv