Məktəbli hadisə yerində dünyasını dəyişib

Bakıda avtobus məktəblini vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

44 saylı marşrut üzrə hərəkət edənDaevomarkalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv