Məktəbli qızlar niyə atası, hətta babası yaşda kişilərə ərə verilir? – APA TV

Qız uşaqlarının erkən nikaha cəlb edilməsi problem kimi indi də aktualdır. Bununla bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalırlar. Belə ailə həyatlarının ömrü də uzun olmur. Boşanma bir yana, fiziki şiddət, qətl, özünəqəsd halları kimi dəhşətli olaylarla tamamlana bilir. Məsələ burasındadır ki, erkən nikahların əksəriyyəti sevib evlənmək deyil. Sadəcə, qayğı çatışmazlığı. Daha dəqiq desək, valideyn sevgisinə möhtac qalan qızların çoxu çıxış yolunu sevgi işartısı görünən adama qoşulub qaçmaqda görürülər. Elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də bu faktı təsdiqlədilər.

Bəs qanun nə deyir? Əli gəlincikli övladından canının qurtarmaq üçün onları erkən nikaha sürükləyən valideyinləri hansı cəza gözləyir? Psixoloqlar düşünür ki, əksər qızları erkən nikaha sövq edən səbəb də, məhz valideyn qayğısından məhrum olmalarıdır.

Psixoloqların fikrincə, yeniyetmələrlə elə məktəblərdəcə maarifləndirici söhbətlər aparılmalıdır.

Bəli, məsələ kökündən həll olunmalıdır. Amma görünür, bu, Elm və Təhsil nazirliyini maraqlandırmır. Ya da qurum qızlarını erkən yaşda təhsildən yayındıraraq nikaha məcbur edən valideyinlərdən qorxur. Nazirliyin adı da dəyişdi, amma məktəbli qızların yaşından əvvəl ailə həyatı qurması problemi aradan qalxmadı. Məktəbdən attestat almaq yerinə bəzi qız şagirdlər nikah şahadətnaməsinə sahib çıxır. Hər nə isə... 2022-ci ildə erkən nikaha cəlb olunanların 2021-ci illə müqayisədə 133 nəfər artması həm də mövcud problemin miqyas və altuallığının statistikasıdır. Nə etməliyik, necə etməliyik? Bax bu sual cavabız, problem isə həlsiz qalıb.

Müəllif | Apa.Tv
Apa.tv