Məktəbli sinif yoldaşını bıçaqladı

83 nömrəli məktəb-liseydə şagirdlərdən birinin sinif yoldaşını bıçaqladığına dair yayılan məlumata aydınlıq gətirilib.

 

Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

 

Qeyd edilib ki, 28.02.2023-cü il tarixdə 83 nömrəli məktəb-liseyin iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər:

 

"Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunub. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".

Müəllif | Apa.Tv
Apa.tv