Məmurdan bayrağa HÖRMƏTSİZLİK:qoparıb atdı

Bərdədə Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.

 

APA TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Görüntülərdə naməlum şəxsin obyektin pəncərəsindən asılan bayrağı qopararaq, hörmətsizcə stolun üstünə atması əks olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Lent.az-a bildirib ki, qeyd edilən video görüntülərlə əlaqədar Bərdə rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb:

 

“Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Azərbaycan bayrağını qoparan şəxsin icra nümayəndəsi olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv