“Mercedes” “Azərsu” ASC-nin əməkdaşını vuraraq öldürdü
Bakıda avtomobil “Azərsu” ASC-nin əməkdaşını vuraraq öldürüb.
APA TV xəbər verir ki, hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib.
“Mercedes” markalı minik maşını prospektdə təmir-bərpa işi aparan “Azərsu” ASC-nin əməkdaşını vurub.
İdarəetmədən çıxan “Mercedes” “Azərsu” ASC-yə məxsus yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan “Azərsu” ASC-nin əməkdaşı hadisə yerində ölüb.