“Mercedes” divara çırpıldı: 1 ölü, 1 yaralı - TOVUZDA

 

Tovuzda ölümlə nəticələnən avtoqəza baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

“Mercedes” markalı minik maşını idarəetmədən çıxıb və yol kənarındakı divara çırpılıb.

Nəticədə kənd sakini Alıyev Əhliman Fəzail oğlu hadisə yerində ölüb, həmkəndlisi Muradov Rauf Arif oğlu isə ağır xəsarət alıb. O, Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv