“Mercedes” markalı avtomobillə “VAZ-2106” markalı maşın toqquşub- Şirvanda
APA TV-nin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, “Mercedes” markalı avtomobillə “VAZ-2106” markalı maşın toqquşub. Avtomobillərdə olan 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri azyaşlıdır.
Faktla bağlı Şirvan rayon polis şöbəsinin əməkdaşları tərəfindən aeaşdırma araşdırma aparılır.