“Mercedes” qoyun sürüsünə girdi - 20 QOYUN TƏLƏF OLDU
Goranboyda avtomobil qoyun sürüsünə girib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 20-yə yaxın heyvan tələf olub, bir neçəsi xəsarət alıb.
Nəqliyyat vasitəsi yüksək sürətlə idarə edilib.
Faktla bağlı araşdırma aparılır.