“Mercedes”in vurduğu gənc öldü - SABİRABADDA
Sabirabadda avtomobil piyadanı vurub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçən Sabirabad sakini, 1983-cü il təvəllüdlü Əkbərov Vüsal Abdul oğlunu vurub. Piyada hadisə yerində ölüb. Onun meyiti Sabirabad morquna müayinə olunmaq üçün yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.