Mərkəzi Bankın yeni baş direktoru o oldu

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun 208 nömrəli, 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

 

AMB-dən verilən məlumata görə, Gülər Paşayeva tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Gülər Paşayeva bundan əvvəl "Paşa Bank"ın Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru olub.

Müəllif | Apa.Tv
Apa.tv