Bakı-Quba yolunda dəhşətli qəza: 4 nəfər öldü
Ötən gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb. “Mercedes” markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
İlkin araşdırmaya görə, ölənlərdən 2 nəfərin şəxsiyyəti məlum olub. Onlardan biri "Lada Kalina"nın sürücüsü, 1979-cu il təvəllüdlü Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.