Məsciddə partlayışda ölənlərin sayı 90-a çatıb
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən terror nəticəsində ölənlərin sayı 90-a çatıb.
APA xəbər verir ki, bu barədə “Radio Pakistan” məlumat yayıb.
Bildirilib ki, partlayışda yaralananların sayı 200-ü keçib. Terror hücumu nəticəsində yaralananlardan 100 nəfəri xəstəxanda müalicə olunur.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.