Meşədəki yanğını söndürmək üçün iki helikopter, bir amfibiya cəlb olundu

 

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir APA TV FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub. Qeyd edək ki, meşə massivində başlayan yanğının havanın küləkli olması səbəbindən sahəsi genişlənib.
 

Müəllif | Apa.Tv
Apa.tv