Məşhur aktrisa görün kiminlə evləndi

 

Məşhur müğənni Cennifer Lopez aktyor Ben Affleklə rəsmi nikaha daxil olub. APA TV Lent.az-a istinadən xəbər verir ki, nikah Nevada ştatının Las-Veqas şəhərində sənədləşdirilib. 52 yaşlı müğənni evlənəcəyi barədə hələ may ayında Tvitterdə məlumat vermişdi. Onun Affleklə ilk tanışlığı 2002-ci ildə olub. Cütlük 2003-cü ildə evlənəcəyini desə də, 2004-də münasibətlərə son qoymuşdu. Cennifer Lopez indiyədək 3 dəfə evli olub və 2 əkiz uşaq anasıdır. Ben Afflekin isə aktrisa Cennifer Qarnerlə izdivacından 3 uşaq dünyaya gəlib.

Müəllif | Apa.Tv
Apa.tv