Məşhur aktrisa və ailəsi SON ANDA ÖLÜMDƏN QURTULDU

Bodrumdan tətildən qayıdan aktrisa Hande Ataizi və ailəsi ölümdən dönüb. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, aktrisanın qonşusunun idarə etdiyi avtomobil qəfil alışıb və yanmağa başlayıb. 

 

Hadisə zamanı maşında Handenin 7 yaşlı oğlu və özündən 20 yaş kiçik sevgilisi də olub. Onlar yanğından son anda xilas olmağı bacarıb. 

 

Aktrisanın qəzadan sonra şok keçirdiyi və bir müddət özünə gələ bilmədiyi deyilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv