Məşhur erməni blogger Nikol Paşinyanı Gəncəni vurmaq əmri verməkdə ittiham edib

Məşhur erməni blogger Tiqran Köçəryan özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.

 

APA TV-nin məlumatına görə, o, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (Xankəndi - red.) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib.

 

Tiqran Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib. Blogger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur - red.) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (Ağdərə istiqaməti nəzərdə tutulur - red.) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb.

 

Ən maraqlısı isə Tiqran Köçəryanın Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir.

 

Blogger anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini də işğal altında olan Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv