Məşhur mehmanxananın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb.

 

Bu barədə APA TV-yə FHN-dən məlumat verilib.

 

Bildirilib ki, yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Grand" mehmanxanasının fəaliyyəti məhdudlaşdırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv