Məşhur məşqçinin evinə oğru girdi

İngiltərənin “Everton” klubunun baş məşqçisi Karlo Ançelotti xoşagəlməz hadisə ilə üzləşib.

 

APA TV-nin Apasport.az saytına istinadən məlumatına görə, italiyalı mütəxəssis qarətçilərin qurbanı olub.

 

Hadisə Mersisaydda yerləşən Blundelsandsedə baş verib. Maskalı iki şəxs Ançelottinin evinə girib.

 

Mütəxəssis hadisə zamanı evdə olmayıb. Onun qızı qarətçiləri qorxuda bilib və nəticədə onlar hadisə yerindən qaçıb. Lakin cinayətkarlar qaçarkən seyfi aparmağa müvəffəq olub.

 

Qeyd edək ki, Ançelotti 2019-cu ildən “Everton”u çalışdırır.

Müəllif | Apa.Tv
Apa.tv