Məşhur şirkət minlərlə adamı ixtisara salır
"Disney" şirkəti bu il 7 min əməkdaşını işdən çıxaracağını açıqlayıb.
Bu barədə "CNN International" xəbər verib.
İxtisarların xərclərin azaldılması ilə bağlı olduğu bildirilib.
Şirkət tərəfindən verilən açıqlamada ixtisarların üç mərhələdə aparılacağı da qeyd olunub.