Məşhur xalq rəssamının rəsm sərgisi keçirildi

Mayın 21-də Bakıda Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun “Bizim dünya” adlı fərdi sərgisi keçirilib.

 

APA TV xəbər verir ki, “Sülh səfiri” beynəlxalq diplomunun sahibi olan Əşrəf Heybətovun bir neçə ildən sonra yaradıcılıq sərgisi baş tutub.

 

Ekspozisiyada 35 orijinal əsər təqdim olunub.

 

Dünya şöhrətli rəssamın əsərləri özünəməxsus üslubu və fəlsəfi məzmunu ilə seçilir.

 

Sərgidə iştirak edən bir sıra ictimai xadimlər, o cümlədən, sənətşünaslar Əşrəf Heybətovun əsərlərini yüksək qiymətləndiriblər.

 

Qeyd edək ki, Əşrəf Heybətov YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.

 

 

Müəllif | Apa.Tv
Apa.tv