Mətbuat katibləri üçün treninq proqramı başlayıb

Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyi və Media Təhlil Mərkəzinin birgə təşkil etdiyi treninq proqramı başlayıb.

 

Təlim yerli media nümayəndələrinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin peşəkar bacarıqlarının daim təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılması məqsədilə keçirilir.

 

Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən təlim vacib nəzəri mövzuların tədrisi ilə başlayacaq.

 

Dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən təlimi London şəhər Universitetinin jurnalistika üzrə professoru Barni Cons aparacaq: “Təlimin əsas məqsədi Mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin daha da artırılmasına, press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsinə xidmət edir. Təlimə Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib”.

 

Qeyd edək ki, müxtəlif sessiyaları əhatə edəcək üç günlük təlim 1-3 noyabr tarixlərində keçiriləcək.

 

Nərmin Murad,

Ceyhun Mustafayev,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv