Metronu partlatmaq istəyən şəxs belə tutuldu
Kiyevdə metronun “Slavutiç” stansiyasında diversant saxlanılıb.
Bu barədə Ukrayna Milli Polisindən xəbər verilib. Bildirilir ki, şübhəli şəxs stansiyaya girmək istəyərkən ələ keçib. Onun əlindəki bağlamada F-1 qumbarası aşkar edilib.
Qeyd edək ki, metro stansiyasından vətəndaşlar sığınacaq kimi istifadə edir.