Meyit aidiyyəti üzrə təhvil verildi

Bakı şəhərində mənzildən meyit tapılıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

"Çağırış ünvanına cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər",- deyə məlumatda qeyd olunub.

Müəllif | Apa.Tv
Apa.tv