Meyiti quyudan tapılan azyaşlının ölüm səbəbi məlum olub
Bakıda quyudan meyiti tapılmış 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.
APA TV-nin məlumatına görə, Xəzər rayon Məhkəməsində istintaq orqanının bununla bağlı təqdimatına baxılıb. Məhkəmədə təqdimat təmin edilib və Mehman Mansoruv barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 4 yaşlı Məryəm Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.