Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb
Xəzər rayonu, Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.