Meymunçiçəyi ilə bağlı testlər aparıldı - RƏSMİ CAVAB
Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, epidemioloji vəziyyət diqqətlə izlənilir. Bildirilib ki, şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur: “Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürülərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir”, - deyə nazirlikdən bildirilib.