Meymunçiçəyi PANDEMİYA elan edildi

 

Müxtəlif alimlər qruplarını bir araya gətirən Ümumdünya Səhiyyə Şəbəkəsi (ÜSS) meymunçiçəyini rəsmi olaraq pandemiya elan edilib. APA TV Lent.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Şəbəkəsi nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatını qarşıdakı iclasda pandemiyanın başlandığını elan etməyə çağırıblar. Təşkilatın məlumatına görə, dünyanın 58 ölkəsində 3 min 400-dən çox təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb. Onlar həmçinin qeyd edib ki, yoluxma bir neçə qitədə sürətlə artır.
 

Müəllif | Apa.Tv
Apa.tv